Oxford pulsuz online kurslara start verəcək

83

Bir çoxlarımız dünyanın ən yaxşı universitetlərində təhsil almağı arzu edirik. Amma təəssüf ki, bir çox hallarda ya vaxt çatışmamazlığı ya da maddi problemlər buna mane olur. Amma artıq dünyanın ən yaxşı universitetləri siyahısına liderlik edən Oxford universiteti online kurslara start vermək niyyətindədir.

Oxford universitetinin təhsil sistemi hamıya məlumdur. Oxfordun online kursları 2017-ci ilin fevral ayında start götürəcək.

Kursun müddəti 6 həftədir. Mühazirələrdə dinləyici qismində iştirak etmək istəyənlər həftədə 2-3 saat vaxt sərf etməlidirlər. Təhsil pulsuzdur, amma sonda kursu bitirmək haqda sertifikat almaq istəyənlər 49$ ödəniş etməlidirlər.

Dərslər əsasən iqtisadi məsələləri əhatə edəcək. ilkin dərsdə professor iqtisadiyyat, siyasət, sosialogiya, onlara təsir edən faktorlar, ideyalar haqda məlumat paylaşacaq. Bundan əlavə iqtisadi məsələlərə təsir edən amillər, ticarət, miqrasiya, hərbi məsələlərin təsiri haqda məlumata yer veriləcək.

"Bizim vəzifəmiz-dünyanın bütün yerlərində tədqiq və təhsillə idarəçiliyi möhkəmləndirməkdir.” Bunun üçün işlərində mütəxəssis olan müəllim, jurnalist və s. peşə nümayəndələrinə ehtiyacımız var. Bizim online kurs açmaqda məqsədimiz biliyin daha da böyük miqyasda yayımlanmasına nail olmaqdır.” deyə təhsil müəssisəsinin dekanlarından biri bildirib.