Öz Instagram səhifəsini, amputasiya olunmuş ayağına həsr etdi
Sosial Media
07.05.2017
Farid Pardashunas
Instagram-da çox maraqlı bir səhifə aşkar edilib.
Belə ki, xərçəng xəstəliyinin nəticəsində sağ ayağını
itirmiş Kristi Loyall adlı qız, öz Instagram səhifəsini, amputasiya edilmiş
ayağının səyahətinə həsr edib. Kristidə sarkoma xəstəliyinin nadir növü
aşkarlanmışdı. İlk öncə Kristi fikir vermişdi ki, ayağının balaca barmağını
hiss etmir. Daha sonra hissiyatsızlıq bütün ayağı əhatə etdi və ağrılar peyda
olmağa başladı. Sarkomanın yayılmaması üçün həkimlər Kristinin sağ ayağını
dizinə qədər amputasiya etməli oldular. Amputasiya edilmiş ayağı təmizləyəndən
sonra o tamamilə sümük halına gəlib və Kristi ona ayrıca olaraq Instagram səhifəsi
həsr edib. Kristi fikirləşir ki, onun bu ideyası çox uğurlu olacaq və o öz
tibbi xərcləri üçün pul yığa biləcək. Hal-hazırda Kristinin ayağının Instagramsəhifəsində 10.000-dən çox izləyici var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ