main-post-cover

    Ozon qatında olan dəlik nəhayət qapanır.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
     

    Elm adamları, Antarktida üzərində Ozon qatında olan dəliyin daralması ilə bağlı nəticələr əldə ediblər.

     
    Son olaraq 2015-ci ilin rəqəmlərinə görə ozon qatında olan dəlik 2000-ci illərə nisbətdə 4 milyon kvadrat kilometr daralıb. Ozon qatında dəliyin əmələ gəlməsinin əsas səbəbi təbii ki, insanlar və ağır sənaye tullantıları idi. Kimyəvi elemetlərin təbiətə tullantısının qarşısının alınması üçün başlanmış mübarizə öz effektini 2000-ci ildən bu yana verməyə başlayıb. Ozon təbəqəsi üçün edilən araşdırmaların ilki 1980-ci illərin ortalarında aparılmışdı. 1986-cı ildə isə Amerikalı Elm adamı Susan Solomon kloroflorokarbon qazlarının ozona zərər verdiyini ortaya çıxarmışdı. Bu qazların sıx istifadə olunduğu əşyalar saç spreyləri, soyuducular və kondisionerlər idi. 1987-ci ildə imzalanan Montreal protokuluna görə bu qazlara qarşı mübarizə başladılmışdı. 2000-ci ildən etibarən isə buna qarşı mübarizə aparılarsa növbəti 50-100 il ərzində ozon təbəqəsində olan dəliyin azalacağı ehtimal olunurdu. Dəliyin genişlənməsi və böyüməsi isə insanlarda dəri xərçəngi xəstəliyinin yayılmasına, bitgi və heyvanlara ağır zərər vurmasına səbəb ola bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər