Özünə və Leykoz xəstəsi dostlarına dəstək gözləyən Dünyanın Ən Şirin YouTuberi : Mustafa

08.05.2017 0 PAYLAŞIM 5636 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Günümüzdə olduqca məşhur olan YouTuber olmaq yolunda möhtəşəm videoları ilə irəliləyən Mustafa Eren Can, dəstəklərinizi gözləyir!

YouTuber dünyası artıq kifayət qədər böyükdür. PewDiePie, Markiplier kimi dünya üzrə, Orkun Işıtmak, Ruhi Çenet kimi də qardaş ölkə Türkiyədə olduqca məşhur olan YouTube cəmiyyətinə eyni zamanda kiçik yaşdakı bir çox dostlarımız da addım atmış vəziyyətdədir. 
Ancaq bu dəfə bizim diqqətimizi çəkən və bizcə "Dünyanın Ən Böyük Qəlbli və Şirin Youtuber "ı olan Mustafa Eren Can-dan danışmaq istəyirik. Mustafa Eren, əfsuslar olsun ki günümüzün ən pis xəstəliklərindən sayılan leykozdan əziyyət çəkir. Ancaq buna baxmayaraq sanki dünyanın ən xoşbəxt insanıdır.  

 
16 Mart 2016 tarixində açmış olduğu öz adını daşıyan kanalında istər mobil oyun videoları, istər vloglar, istər özünə görə incələmələr və istərsə də dəstək üçün paylaşdığı videolar ilə həqiqətən də möhtəşəm işlər bacarır. 

 
Leykoz xəstəsi olmasına baxmayaraq özünə ən çox lazım olan şeyi, yəni yaşama sevincini öz içində möhtəşəm bir formada yaşayan Mustafa Eren, eyni zamanda özü kimi leykoz xəstəsi olan qardaşları və dostları üçün daima Lösev-ə dəstək edilməsi barədə də xahiş edir. "Bir tuğla da siz koyun " deyərək kömək tələb edən Mustafa Erenin kanalını, anasının telefonu ilə etdiyi çəkimlər ilə ən saf YouTube kanalı olaraq adlandıra bilərik. 
Technote komandası olaraq ən içdən, ən candan bir formada bütün Azərbaycanlı, Türk internet cəmiyyətindən bu nöqtədə bir xahişimiz var; Gəlin, bu balaca dostumuza dəstək olmaq üçün kanalına abunə olaq, videolarını bəyənək və xüsusilə müsbət auralı şərhlər yazaq. Çünki Mustafa bizlərdən bunu gözləyir. Bir çox videosunda da şərh yazmağınızı istəyən Mustafa, videoları izləndikcə, abunə sayı artdıqca, videolarına bəyənmələr gəldikcə və xüsusilə də gözəl şərhləri oxuduqca stimul alacaq.

 
Gəlin hamımız birlikdə Mustafa Eren Can-a ən azından YouTubedan dəstək olaraq leykoza qalib gəlməsi üçün stimul verək. Eyni zamanda buradakı linkdən də Lösev-ə o istədiyi, rica etdiyi dəstəyi göstərməyi də unutmayaq. Technote.az olaraq biz kiçik də olsa öz dəstəyimizi həm maddi olaraq həm də bu xəbəri paylaşmaqla göstərdik. Sizdən də eyni həssasiyyəti gözləyirik.
 

Mustafa Erenin kanalına burdan abunə ola bilərsiniz. Unutmayın, abunə olmaq ilə qalmayıb bu gözəl və həyat dolu qardaşımızdan gözəl şərhlərinizi və bəyənmələrinizi əsirgəməyin.