Özünüzü superqəhrəman rolunda hiss edəcəyiniz maraqlı tətbiq (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
App Store-a çox maraqlı və qeyri-adi tətbiq əlavə edilib.
Belə ki, App Store-a, istifadəçilərə
bədənlərinin 3D modelini yaradaraq sevdikləri superqəhrəmanların və ya məşhur
simaların obrazlarını özlərində sınamağa imkan verən 3Dlook adlı tətbiq
əlavə olunub. 3Dlook vasitəsilə istifadəçi bədəninin real ölçülərinə əsaslanaraq
onun 3D modelini yarada və istədiyi superqəhrəmanın libasını öz üzərində
sınaqdan keçirdə bilər. Hələ ki, 3Dlook test rejimində işləsə də artıq istifadəçilər
tətbiqdən yararlanaraq özlərinə superqəhrəman obrazında baxa bilərlər. Tətbiqdə
ən məşhur superqəhrəmanların libasları yer almışdır. Tətbiq, istifadəçinin
fotosunu skan edərək onun real həyatdakı bədən ölçüləri əsasında 3D model
yaradır.
Daha sonra fotonu redaktə etmək
olar. Məsələn daha hündür və ya alçaqboylu olmaq, superqəhrəmanların
libaslarını geyinmək və arxa fonu dəyişmək. Ən yaxşı nəticəni əldə etmək üçün gərək
istifadəçi yaxşı işıqlandırılmıış mühitdə bədəninin kameraya tam düşdüyü tərzdə
şəkil çəkdirsin. Tətbiq saqqalı fərqləndirsə də fotonu çəkən zaman eynəkləri
çıxarmaq lazım olacaq. Layihə rəhbəri Vadim Roqovskiy-in sözlərinə görə bu
texnologiyanın yaradılmasına yarım il bundan öncə start verilib. Tətbiqin demo
versiyasını artıq App Store-dan yükləmək mümkündür. Yaxın zamanda 3Dlook-un Android platforması üçün də təqdimatı planlaşdırılır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!