main-post-cover

    Parkur ilə məşğul olan ilk robot (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kaliforniya Universitetinin əməkdaşları, SALTO adlı birayaqlı qeyri-adi robot yaradıblar.

    O, 1.2 m hündürlüyə tullana və divardan özünü itələyə bilir. Robotun çəkisi 100 qr, hündürlüyü isə 26 sm-dir. Cihazın konstruksiyasının hazırlanması zamanı Afrikanın qalaqo adlı primatlarının bədən hissələrinin biomexanik prinsiplərindən istifadə olunub. Belə ki, həmin heyvanlar yarıoturuş vəziyyətində öz boylarından qat-qat hündürlüyə tullana bilirlər. Bunun sirri isə elastik vətərlərdədir. SALTO da bir neçə dəfə dalbadal tullana bilir. Bundan əlavə olaraq o həmçinin özünü divarlardan da itələyə bilir. Robotu hərəkətə gətirən kiçik motor, əlavə enerjini yaradan isə mexanik yaydır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər