Partlamamaq zəmanətli Galaxy S7 klonu !

796

Çində satışa çıxan bir ağıllı telefon, çox maraqlı bir xüsusiyyəti ilə önə çıxır. Galaxy S7 klonu olması bir yana, bu telefon partlamama zəmanətini sizlərə təqdim edir.

2016-ci il təəssüf ki, çox çox partlayan telefon hadisəsi gördüyümüz bir il oldu. Galaxy Note 7 hadisəsi bir yana, partlayan iPhone, Xiaomi və digər markalı ağıllı telefonlar gündəmi bir xeyli məşğul etdi.

Görünüşə baxsaq bu vəziyyətin narahatlıq yaratması, bəzi istehsalçıların partlamamaq zəmanəti verməsinə səbəb olmuşdur. Çində satışa çıxan Galaxy S7 klonu Elephone S7, partlamamaq sözü verir.


Partlamağa qarşı xüsusi qoruma

Istənməyən vəziyyətlərin yaşanmaması adına dayanıqlı bir quruluşda qarşımıza çıxan Elephone S7, üç laylı partlama qorunması ilə gəlir. Cihazın batareyasını qoruyan bu lay, telefonu ola biləcək bir partlama hadisəsindən uzaq tutur.

Görünüş olaraq Galaxy S7 modelinin birə-bir kopyası olan cihaz, 5.2 inç və 5.5 inç olmaq üzrə iki fərqli versiya ilə qarşımıza çıxır. Helio X20 prosessorundan gücünü alan telefonda, Mali T880 video kart və 13 MP arxa kamera yer alır.

Son olaraq telefonun 3000 mAh batareyaya sahib olduğunu qeyd edək.

 


 
    Polad Tağıoğlu
   Redaktor