main-post-cover

    "Pasfic Rim 2" filmindən yeni məlumatlar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Universal və Legendary studiyaları "Pasific Rim 2” filminin premyera tarixini açıqlayıblar. Deməli film 23 Fevral 2018-ci ildə izləyicilərə təqdim olunacaq. Hal-hazırda filmin həmin premyera tarixi üçün rəqibi yoxdur. Lakin 16 Fevral 2018-ci ildə "Black Panther” filminin premyerası baş tutacaq. "Pasific Rim 2” filminin süjet xətti və aktyorlar siyahısı hələki məlum deyil. Bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, filmdə baş rolu hamıya "Star Wars Episode VII: The Force Awakens” filmindən Finn obrazı ilə tanış olan John Boyega canlandıracaq. Məlumata əsasən aktyor birinci filmdə Idris Elba-nın canlandırdığı personajın oğlu rolunda olacaq. Bundan əlavə bilinmir ki, ikinci filmdə keçmiş aktyorlar qayıdacaq yoxsa yox. Qeyd edək ki, "Pasific Rim 2” filminin rejissoru Steven S. DeKnight olacaq. Birinci filmin rejissoru olmuş Guillermo Del Toro isə çox güman ki, ikinci filmin prodüsseri qismində çıxış edəcək. Filmin çəkilişlərinin bu ilin 4-cü rübündə başlayacağı gözlənilir.
    Linki kopyala