main-post-cover

    "PayPal", Türkiyə qanunvericiliyinə boyun əyərək, fəaliyyətini davam etdirməyə razılaşdı

    Tech-Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas

    İyun ayında gözlənilməz bir formada Türkiyədəki işlərini saxlayan "PayPal" şirkətindən, Türk istifadəçilərini sevindirəcək bir xəbər gəldi.

    İyun ayında BDDK (Türkiyədə Bankçılığa Nəzarət edən qurumun adının qısaltması) ilə yaşanan bəzi problemlərin nəticəsində Türkiyədəki işlərini saxlayan "PayPal" haqqında istifadəçilərini sevindirəcək xəbər gəldi. Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərməyən "PayPal", Türkiyədə xidmət verməyə qaldığı yerdən davam edəcək
    BDDK ilə "PayPal" arasında yaşanan anlaşılmazlıqlardan ötəri, İyun ayında Türkiyədə "PayPal" xidmətləri dayandırılmışdı. Bu gözlənilməyən hadisə, çox sayda "PayPal" istifadəçisini məyus etmiş və ciddi bir reaksiya yaratmışdı. BDDK ilə "PayPal" arasındakı anlaşmazlığın çıxış nöqtəsi olaraq isə, BDDK qaydaları çərçivəsində "PayPalserverlərinin Türkiyəyə gətirməsinin tələb edilməsi ancaq "PayPal"ın bu tələbə əməl etməməsi göstərilirdi.
    Türkiyədəki böyük istifadəçi kütləsini itirmək istəməyən "PayPal" isə BDDK ilə razılaşma yoluna gedib serverlərini mərhələli olaraq ölkəyə köçürməyə qərar verdi. Türkiyədəki 12%-lik bazar payı ilə "PayPal", 2017-ci ilin Mart ayında təkrar istifadəyə veriləcək.

    Ümid edirik ki, bu xəbərin bənzərini yaxın zamanlarda Azərbaycan üçün də deyə biləcəyik. Bəs sizin fikrinizcə dünya nəhəngi "PayPal"ın Azərbaycana gəlməmə səbəbi nədir?

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər