main-post-cover

    Pəhrizini pozanlar üçün xüsusi proqram və ya "Eti"nin reklama fərqli baxışı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Pəhriz saxlayanların ən dərdli olduqları mövzu, hər halda dözməyib yedikləri yeməklərdir. "Eti Form Light" pəhriz prossesində iradəsizliklə qarşılaşan insanlara köməkçi olmaq üçün (və təbii ki, reklam xarakterli) bir sayt hazırlamışdır: Diyetimibozdum.com
    Sayt çox sadə və əyləncəli dizayn edilib. Nə yediyinizi, nə qədər yediyinizi və nə vaxt yediyinizi deyirsiniz və sayt da sizə bu iradəsizliyin günahlarından xilas olmaq üçün sadə məşqlər (olduğun yerde havaya tullan kimi), sonraki yemək vaxtı üçün sağlıqlı çərəzlər və bəzən də sosial həyata qayıtmağınıza təşviq edən məsləhətlər verir. 
    Sistemdə 186 ayrı yemək mövcuddur və bunların kalorilərinə görə təxmini məsləhətlər verilir. Həm sadə, həm istifadəyə yararlı, həm də gözəl dizayn edilmiş bir işdir. "Eti"nin marketinqdə bu tipli reklam üsulları ənənəvi hal alıb və görünüşə görə uğurlu olmaqda davam edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər