Pen-Pineapple-Apple-Pen-in müəllifi mahnısının tam versiyasını təqdim edib (VİDEO)

126

Pen-Pineapple-Apple-Pen mahnısının müəllifi yaponiyalı müğənni Piko Taro öz mahnısının tam versiyasını təqdim edib.

Bir neçə müddət bundan öncə YouTube-a yüklənmiş və qısa müddət ərzində əsl hit mahnıya çevrilmiş Pen-Pineapple-Apple-Pen qələm, alma, ananas və daha bir qələmin birləşdirilməsindən bəhs edirdi. Qısa zaman ərzində video milyonlarla baxış sayı qazanmışdır. İndi isə müğənni Piko Taro mahnının tam versiyasını təqdim edib. Tam versiyanın ikinci hissəsi də birinci hissəsinə bənzəyir. Tam versiyalı mahnının YouTube-a 27 Oktyabr tarixində yerləşdirilməsinə baxmayaraq videonun artıq 5 milyona yaxın baxış sayı var. Qeyd etmək lazımdır ki, mahnının ilk versiyası Billboard musiqi nəşriyyatının ən yaxşı mahnıları siyahısına ən qısa bəstə kimi düşərək Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.