Pentaqon, Terminator robotları üçün 3 milyard dollar büdcə ayırıb
Elm & Texnologiya
07.05.2017
Orkhan Karimov
Terminator əfsanəsini gerçəkləşdirmək üçün Pentaqon təqribən 3 milyard dollar pul ayırıb.
Baş rolda Arnold Schwarzenegger-in rol aldığı "Terminator" filmində bəhs edilən yox edən robotlar Pentaqon tərəfindən
gerçəyə çevrilib. Robot texnologiyalarını əsasən təhlükəsizlik sistemlərində
istifadə etməyə başlayan ABŞ, ilk əvvəl özünü
öldürən dronların testini həyata keçirib. Belə ki, kiçik bir əyalətdə həyata
keçirilən təcrübədə üzərində kamera yerləşdirilən dronlar hədəflərini təyin edə
biliblər. Bu dronlar əllərində AK47 olan
12 şəxsdən ibarət birliyi heç bir yardıma ehtiyac duymadan təhlükəsiz hala gətirə
bilib.
500 milyard dollar büdcəsi olan və keçən il
yeni texnologiyalara 18 milyard dollar pul ayıran Pentaqon, bunun 3 miyard
dollarını insan-maşın savaş komandalarına sərf edib. Mexaniki tərəfi haqda çox
da məlumat verilməsə də gələcək illərdə görüntü etibari ilə Terminatorlara bənzəyən
savaş maşınları görə biləcəyik.
Əsasən "insansız
savaş maşınları” layihəsi üzərində ciddi işlər aparan ABŞ, hücum edəcəyi
obyekti təyin edə bilən uçan savaşçı robotları, kiçik gəmilər və dənizaltı gəmilər
istehsal edir. Bu dəniz maşınları yenə insan yardımı almadan minlərcə kilometr
yol qət edə bilirlər.
Hər kəsi maraqlandıran digər bir sual isə
özləri qərar qəbul edən robotların insanlıq üçün nə dərəcədə təhlükəli olması məsələsidir. Stephen
Hawking bu mövzuda bir qədər ehtiyatlı davranmağı tövsiyə etsə də alimlər
bu mövzuda israrla davam etməkdədirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək