"Pərdə" filmi rəsmi olaraq internetə yerləşdirilib (VİDEO)

563
Ata məsləhəti ilə evlənərək sonradan bədbəxt olan Zaur seçim qarşısındadır. O öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur. Onun seçimindən bir ailənin talehi asılıdır. Görəsən o nəyi seçəcək?
Rejissoru Emil Quliyevin olduğu filmdə baş rolları Tural Əhməd, Vüsal Mehrəliyev, Könül Cəfərzadə, Azər Aydəmir, Zaur Şəfiyev və digərləri canlandırıblar. Bu ilin Aprel ayında işıq üzü görmüş film izləyicilərin rəğbətini qazanaraq müsbət rəylər almışdır. "Pərdə" filmi hətta bir neçə dəfə Yarat Müasir İncəsənət Mərkəzindədə bir neçə dəfə göstərilmişdir.