Periscope-da yüksək keyfiyyətli canlı yayım dövrü başladı!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Canlı yayım platforması Periscope, yeni xidməti Producer vasitəsilə yayım keyfiyyətini artırır. Bəs, Periscope Producer nədir? Necə istifadə edilir?
Periscope qısa bir keçmişi olmasına baxmayaraq indidən
dünyanın ən məşhur canlı yayım platformalarından biridir. Periscope ilə daha
keyfiyyətli yayım etməyinizi mümkün edəcək Periscope Producer nədir və bu xidmət
kimlərə təqdim ediləcək?
"Twitter", brendlərin, media orqanlarının və digər canlı
yayım edən şəxslərin Periscope və Twitter üzərindən yaratdıqları canlı
yayımları yüksək keyfiyyət ilə paylaşmaqlarına şərait yaradacaq Periscope
Producer-i təqdim hazırladı.
Bundan belə Twitter iş ortaqları, xarici Twitter və
proqramlar istifadə edərək, Periscope Producer üzərindən yüksək keyfiyyətli
yayımlar edə biləcəklər.
Periscope Producer üçün indidən bir çox şirkət razılığa gəldi
və hər keçən gün müraciətlər artır. Bu xüsusiyyəti istifadə etmək istəyən
istifadəçilərin Twitter əməkdaşları ilə əlaqə saxlayaraq, "buradan” müraciət
etmələri lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!