main-post-cover

    PES 2017 rəsmi olaraq anons olundu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Konami şirkəti bugün rəsmi olaraq Pro Evolution Soccer oyun seriyasının yeni hissəsini anons edib. Verilən məlumata əsasən yeni hissə Fox Engine oyun mühərrikinin yenilənmiş versiyası üzərində hazırlanır və PC, PS3, PS4, Xbox 360 və Xbox One üçün satışa çıxacaq. Oyunun rəsmi saytında qeyd olunmuş məlumatlara əsasən PES 2017 topun idarəolunma sisteminin yenilənmiş versiyasına, daha dəqiq pas ötürmələrinə, əlavə hərəkətlər və animasiyalara, öyrədici süni zəkaya və vizual cəhətdən böyük yenilənməyə sahib olacaq. Vizual cəhətdən oyunçuların animasiyaları, işıqlandırma sistemi, stadionlar və s. əlamətlər yenilənəcək. Yeni oyun haqqında daha çox məlumat gələn ay keçiriləcək E3 2016 oyun sərgisində təqdim olunacaq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər