main-post-cover

    PewDiePie kanalı sabah silinəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xatırladaq ki, bir müddət əvvəl PewDiePie adlı YouTube kanalının bağlanacağını bildirmişdik. Yeni məlumata görə PewDiePie kanalı sabah silinəcək!

    PewDiePie kanalının sahibi Felix, YouTube-un apardığı ədalətsiz siyasətə etiraz edərək kanalı siləcəyini bildirmişdi. Həmin vaxt istifadəçi sayı 49 milyon olan YouTuberin hal-hazırda izləyicilərinin sayı 50 milyon oldu. Xatırladaq ki, YouTuber istifadəçi sayının 50 milyon olduqda kanalı siləcəyini və bu yolla Youtube-a etirazını bildirəcəyini vurğulamışdı. Əslində bu mövzuda Felix tək YouTuber deyil. Abonələrin silinməsi, izləyicilərin bir çoxuna bildirişin göndərilməməsi kimi faktlar YouTuber-lərin etirazına səbəb olmuşdu. Amma Felix bu mövzuda daha sərt addım ataraq kanalı bağlayacağını bildirmişdi. Artıq öz Twitter hesabında açıqlama verən YouTuber izləyici sayının 50 milyona çatdığını və sabah kanalı siləcəyini açıqlayıb. YouTuber, YouTube Red üçün xüsusi olan Scare PewDiePie silsiləsini davam etdirəcək.

    Linki kopyala