drzeka zeka kartları

Photoshop-da fotoları səslə editləmək mümkün olacaq (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5306 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Mobil cihazlar və kompüterlər üçün foto editləmək üzrə bir çox tətbiqlər mövcuddur.

Onlardan ən məşhuru isə Photoshop-dur. Lakin bu cür tətbiqlərdə çalışmaq üçün ilk öncə onların imkan və funksiyalarını öncədən öyrənmək lazımdır. Bu isə bir çoxları üçün çətinlik yaradır. "Adobe” şirkəti bunun rahat həll üsulunu tapıb. Belə ki, şirkət, fotonun səslə editlənməsinin necə olacağını təsvir edən video təqdim edib. Videoda, tətbiqin mobil versiyasına foto editlənməsi üçün səsli assistentin inteqrasiyasını görmək olar. Şirkətin məlumatına əsasən onun səstanıma sistemi hətta internetə qoşulmadan belə çalışa bilər. Bu xüsusiyyət isə digər virtual köməkçilər ilə müqayisədə istifadəçiyə böyük imkanlar yaradır. Belə bir funksiya sayəsində sözügedən tətbiqdə fotonu editləməyi bacarmayan istifadəçi, səsli assistentə yalnız fotonu necə editləmək istədiyini bildirəcək. Bu, sözün əsl mənasında faydalı funksiya ola bilər. Belə ki, istifadəçi, tətbiqdə heç bir digər funksiyaları müşahidə etmədən fotonu editləyə biləcək. Hal-hazırda bu sadəcə konseptdir. Lakin "Adobe”un gələcəkdə bu funksiyanı öz məhsullarına inteqrasiya edəcəyi istisna olunmur.