"Pirates of the Caribbean: Dead Men Tell No Tales" filminin ilk traileri

105
Öz bütün şanslarından yararlana bilməyən kapitan Cek öyrənir ki, onun keçmiş düşməni kapitan Salazar, öz ruh quldurları ilə birlikdə onu axtarır. Kapitan Salazar şeytan üçbucağından qaçaraq bütün dəniz quldurlarını məhv etmək niyyətindədir. Bu bəladan xilas olmağın isə bir yolu var. Oda Poseydonun üçbaşlı əsasıdır. Belə ki, onu əldə etmiş şəxs bütün dənizləri idarə edə bilər. Rejissorları Hoakim Ronninq və Espen Sandberq-in olduqları filmdə baş rolları Conni Depp, Havyer Bardem, Orlando Blum, Kaya Skodelario, Ceffri Raş və digərləri canlandırıblar. "Pirates of the Caribbean: Dead Men Tell No Tales" filminin premyerası gələn ilin May ayında baş tutacaq.