Pizza Yeyərək, "Domino's Pizza"nın hissədarı olun

252

CP+B tərəfindən hazırlanan yeni sədaqət proqramı ilə Domino's Pizza, müştəriləri arasından hər seçiləcək 25 şəxsə şirkət hissəsi paylamağa başlayır. 

Domino's Pizzanın pizzaları haqqında nə düşünürsünüz bilmirik amma marketing əlaqələri sahəsində yenilikçi bir baxış bucağına sahib olduqları dəqiqdir. Müştərilərdən gələn mənfi şərhləri dinləyib, pizzalarını başdan aşağı yeniləmək kimi, dronlarla çatdırılma etmək kimi cəsur sınaqlar keçirirlər. CP+B tərəfində yaradılan son kampaniya da müştəri sədaqət proqramlarına fərqli bir baxış bucağı gətirir və sadiq müştərilərə Domino's hissəsi qazanmaq şansı verir. 
Super fanat deyə biləcəyimiz real Domino's müştərilərini çəkdikləri reklam çarxında, müştərilərdən markaya olan sevgilərini göstərdikləri şəkilləri #PieceofthePieContest etiketi ilə paylaşmaqları istənilir. Bu şəkillər marka tərəfindən də sosial mediada paylaşılmaqla kifayətlənilmir, Instagram və Twitter üzərindən şəkillərini paylaşanlar arasından 50 şəxs olduqları bölgəyə yaxın Domino's dükanından 10.000 dollara yaxın gəlir əldə etmək şansı qazanır.  Həmçinin bu şəxslər arasından 10 şəxs, Domino's Pizza-nın Michigandakı mərkəzinə bir səyahət şansı əldə edəcək. Bütün bunlardan daha vacibi, Noyabr ayından etibarən "Piece of the Pie" proqramına istifadəçi olan köhnə və yeni müştərilər arasından hər ay çəkilişlə seçiləcək 25 şəxsə 10 ədəd(10/25=0.4%) Domino's hissəsi veriləcək olmasıdır.  Beləliklə artıq pizza yeyərək pul qazanmaq mümkün olur.
Domino's Pizza rəhbəri Russel Weiner bundan əvvəl ödənişsiz pizza üçün xal toplandığını amma artıq hissələr və gəlir paylaşımı yolu ilə müştərilərə paydan real bir parça verdiklərini deyir. 
Müştəri tərəfindən sədaqət proqramlarını yeni  bir baxışla təkrar ələ almaqları istənilən CP+B, bu tələb üzrə hazırladıqları bu yeni sədaqət proqramının təqdimatı üçün xüsusi bir pizza qutusu da hazırlayıb. Qutu qızıl naxışlı, dəri bir bankir çantasına oxşayır. Hissə qazanan müştərilər, hissələrinin yanında bir də qızıl pizza kəsicisi qazanırlar.
 
Domino's Pizzanın son vaxtlarda yeritdiyi strategiyası "Oh yes we did", Domino's Pizzanın gözlənilmədik cəhdlər göstərib "Bəli, biz bunu etdik!" yanaşması ilə insanları təəccübləndirməsi üzərinə qurulub. Müştərilərə hissə verdikləri sədaqət proqramı da bu strategiya ilə paraleldir: "Pizzalarımızı yenilədik mi? Bəli? Müştərilərimizə hissə verdik? Bəli!". Olduqca irəliyə istiqamətlənmiş bu strategiyanın tərkibində başqa necə cəhdlər ediləcək, qarşıdakı günlərdə biləcəyik.