drzeka zeka kartları

Play Store da məşhurlaşan yerli oyun - Amazing Taxi Sim 1976

08.05.2017 0 PAYLAŞIM 7173 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Yerli oyun istehsalçısı olan şirkətimiz "StrongUnion Games " tərəfindən hazırlanan taxi simulyasiyası oyunları Google-un "Play Store " mağazasında kifayət qədər maraq doğurur. Belə ki, istehsalçı şirkətin "Amazing Taxi Sim 1976 " oyunu artıq 1.000.000-dan çox yükləmə sayına çatıb.


"Unity " platformasında ərsəyə gətirilən oyunun kariyer rejimində əsas məqsəd, göstərilən sərnişinləri lazım olan ünvanlara daşımaqdır. Hər müştəri isə sizə müəyyən qədər ödəniş edir. Əldə etdiyiniz vəsaiti isə oyun daxili xərcləyə bilərsiniz. Məsələn, oyunda zövqünüzə görə maşınlar əldə etmək mümkündür. Təbii ki, bu maşınları əldə etmək üçün işləmək lazımdır. Yaxud oyun daxilində reklamlara baxmaqla yeni maşın əldə etmək üçün əlavə pul qazana bilərsiniz. 1970-ci illəri xatırladan oyunda, maşın modelləri də həmin illərə uyğundur. Oyunu oynamaq və oyunda pul qazanmaq o qədər də asan məsələ deyil. Siz bir sifarişi yerinə yetirmək üçün bütün yol hərəkəti qaydalarına da riaət etməlsiniz. Bir də təbii ki, maşının hərəkəti üçün benzin almağı unutmamalısınız. Maşını yaxşı sürə bilməyən dostları isə təmir mərkəzi gözləyir. Oyunu "Play Store "dan pulsuz olaraq buradan yükləyə bilərsiniz.


"StrongUnion Games " tərəfindən hazırlanan digər taxi simulyasiya oyunlarından biri də eyni adlı oyunun "Pro " versiyasıdır. "Amazing Taxi Sim 1976 Pro " adı ilə "Play Store "da öz yerini alan tətbiqin qiyməti 1.44 dollardır. Bu oyunu sələfindən fərləndirən əsas cəhətlər yolda müştərilərin çox olması, müştərilərin daha çox pul verməsi və ən əsası oyun daxili heç bir reklamın olmamasıdır. Əgər oyun sizdə maraq yarardırsa buradan oyunu alıb, yükləyə bilərsiniz. Qeyd edək ki, oyun bugünə qədər 1347 dəfə alınıb. Bu da pis nəticə deyil.

"Taxi Driver 2017 " oyunu isə digərlərindən fərqli olaraq yeni maşınlarla zəngindir və şəhər yenidir. Hadisələrin 2017-ci ildə cərayan etdiyi bu oyun isə "Play Store "da 984.000 dəfə yüklənib. Sözügedən oyunu buradan yükləyə bilərsiniz.




<