Playstation 4 Pro ilk həftəsində yalnız Yaponiyada 65 mindən çox satdı

235

Bundan təxminən 12 gün əvvəl yəni 10 noyabr 2016 tarixində ölkəmiz də daxil bütün dünyada çıxışını reallaşdıran "Sony" firmasının yeni oyun konsolu Playstation 4 Pro bildiyiniz kimi dünya daxilində çox böyük sürətlə satılmış və yaradıcı firmanın anbar boşluğu ilə çətinlik çəkməsinə səbəb olmuşdu. Ayrıca bu konsolun çıxmasının ardından Playstation 4 konsollarının satış qrafiki də bir xeyli yüksəlmiş və qısaca "Sony"nin üzünü bir xeyli güldürmüşdü. İndi isə gələn xəbərə görə Playstation 4 Pro çıxışını reallaşdırdığı ilk həftə Yaponiyada 65 min 194 ədəd satmışdır. Məşhur statistika şirkətləri arasında iştirak edən "Media Create" və "Famitsu" tərəfindən paylaşılan hesabatlarına görə bu satış rəqəmi ortaya çıxdı.

Bu statistikaların doğru olması ehtimalı çoxdur, çünki bu statistikaları Yaponiyadakı Playstation 4 Pro konsolunun satışını və paylamasını reallaşdıran fərqli toptançılarla danışmış və onlardan aldıqları məlumatlar istiqamətində bu hesabatları hazırlamışlar. Ayrıca "Media Create" tərəfindən deyilənə görə həm Playstation 4 həm də Playstation 4 Pro konsolu Yaponiyada ümumi 92 min 345 ədəd satmışdır. Ancaq dünya daxilində konsol nə qədər satdığı ilə əlaqəli hər hansı bir məlumat yoxdur. Çünki deyilənə görə yaxın zamanda bu hesabatlar da yayımlanacaqmış. Baxaq "Sony" firmasının 'ən yaxşı oyun konsolu' şüarı ilə çıxardığı konsolu nə qədər satmış gözləyib görəcəyik.

 

Müəllif: Polad Tağıoğlu