Pokemon Go ilə bağlı maraqlı faktlar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Pokemon
Go haqda maralı məlumatlar yayılmaqda davam edir. Bu faktların bəziləri ilə
tanış olaq.
1) Pokemon Go istifadəyə
verildiyi ilk 5 gündən etibarən Candy Crash və Angry Birds oyunlarını geridə
qoyaraq liderliyi ələ alıb.
2) 7 iyulda ABŞ-dakı cihazlarda
Tinder-i geridə qoydu.
3) 8 iyulda artıq ABŞ-da olan
bütün Android cihazlarının 5.16%-də oyun qurulmuşdu.
4) İlk 3 həftədə 75 milyon
köçürülmə qeydə alınıb.
5) Oyun ABŞ-da günlük 25 milyon şəxs
tərəfindən istifadə olunur. Günlük ortalama istifadə vaxtı 33 dəqiqə 25 saniyədir.
Bu göstərici Facebook, Twitter, Messenger və Whatsapp-la
müqayisədə daha çoxdur.
6) Günlük istifadəçi sayına görə Twitter-dən
öndədir.
7) İstifadəyə verildiyi ilk gündə
4.5 milyon dollar, 2 həftə sonra isə 35 milyon dollar gəlir gətirdi. Oyun təkcə
iPhone istifadəçilərindən günlük ortalama 1.6 milyon dollar qazanır.
8) 30 dəq-lik istifadə zamanı iPhone-un
enerji itkisi 20% təşkil edir.
9) Hər 30 dəq-lik istifadə zamanı
5mb-lıq məlumat bazası istifadə olunur.
10) Oyun istifadəçiləri artdığı
üçün Powerbank-lara olan tələb 50% artıb.
11) Pokemon Go Plus bilərzikləri və
bənzər aksessuarlar yaxın zamanda satışa çıxarılacaq.
12) Pokemon Go oynarkən bir çox
insan qəzaya uğrayıb.
13) Google-da ən çox axtarılanlar
siyahısında Pokemon Go-nun olduğu açıqlanıb.
14) Bütün oyun Google Map-da görünən
real yerlər üzərində əks olunub.
15) Xəritədə bəlli yerlərdə
PokeStop və Gym-lər yer alır.
16) Fərqli Pokemon növləri uyğun
yerlərdə yer alır. Məsələn, su hövzələrində mühitə uyğun pokemonlar mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!