main-post-cover

    Pokemon GO inanılmaz məbləğdə gəlir əldə edərək rekorda imza atıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu ilin fenomen oyunu olan Pokemon GO öz yaradıcılarına ağılasığmaz məbləğdə gəlir gətirib.

    Belə ki, oyun 90 gün ərzində öz yaradıcılarına 600 milyon dollar gəlir gətirib. Pokemon GO mobil oyun tarixində ən sürətli reytinq yığan layihə adına layiq görülüb. "Technote.az”ın "Venturebeat.com”a istinadən verdiyi xəbərə əsasən bu ilin 3-cü rübündə oyunu istehsal etmiş "Niantic Labs” studiyası 600 milyon dollar qazanaraq rekorda imza atıb. Daha öncə isə gəlirinə görə ən sürətli reytinq yığan mobil oyun Candy Crush Saga idi. O, 600 milyon dollarlıq göstəricini 200 gün ərzində əldə etmişdi. Siyahıda növbəti oyun Puzzle & Dragons idi. Onun göstəricisi 400 gün, Clash of Clans-ın göstəricisi isə 500 gündür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər