main-post-cover

    Polis cinayətkarın telefonunu oğurladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bildiyiniz kimi iPhone-nun şifrəsini qırmaq qeyri-mümkündür. Hətta bu mövzuda FBI ilə Apple arasında mübahisələr hələ də davam etməkdədir. Vəziyyət belə olduqda bir çox insanlar iPhone istifadəsinə daha çox üstünlük verir. Hətta buna görə FBI laboratoriyalarında çoxlu sayda iPhone modelləri saxlanılmaqdadır. Səbəb isə onların şifrəsinin indiyə qədər açıla bilməməsidir. Bunu nəzərə alan ingilis polislər çox əziyyətə girməmək üçün fərqli bir üsula əl atıblar. Onlar cinayətkarın iPhone markalı telefonunu ondan oğurlayıblar. Polislər hətta bunun üçün plan belə tərtib ediblər. Belə ki, cinayətkarı tutmaq üçün ilk əvvəl onun telefon danışığı etməsini gözləyiblər.

    Buna səbəb olaraq isə həmin şəxsin saxta kredit kartı fırıldaqçısı olaraq izlənməsi göstərilir. Polislər onun telefonla əlaqə saxlamasını gözləyib və o, danışarkən iPhone onun əlindən alıblar. Beləliklə, telefon kilidə düşmədən məlumatları ələ keçirmək mümkün olub. Hər şey açıq-aşkar olduğundan cinayətkar da öz günahını boynuna alıb 5 il yarım həbs cəzası ilə məhkum olunub.
    Texnologiya inkişaf etsə də insan beyni hər zaman onu qabaqlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər