Polislər virtual reallığın köməyilə cinayətləri ortaya çıxaracaqlar

08.05.2017 0 PAYLAŞIM 5279 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Virtual reallıq illərdir oyun sektorunda istifadə olunmaqdadır. Artıq virtual reallıq başqa sahələrdə də geniş tətbiq olunmağa başlayıb. Son illərdir əməliyyatlardan tutmuş modaya qədər bir çox sahələrdə istifadə olunan virtual reallıq indi də polislər tərəfindən istifadə olunur. Artıq polislər cinayət işlərini virtual reallıqla ortaya çıxaracaqlar.

Hollandiya Polis təşkilatı, Delft Texnologiya Universiteti tərəfindən təklif olunan "Virtual reallıq” layihəsini istifadə etməyə başlayıb. Sistem hələ ki, hadisədə yer almayan mütəxəssislər tərəfindən sınaqdan keçirilir. Ortaq bir sistem üzərində bütün mütəxəssislər araşdırma apararaq öz fikirlərini bölüşə bilirlər. Hadisə yerində olanları istədikləri kimi işarələyə bilərlər.


Hadisə yerində olan və ya olmayan mütəxəssislər bir-birilə səsli və görüntülü əlaqə saxlamağa imkan yaradılır. Beləliklə, lazım olan məqamları müzakirə edib nəticəyə çatmaq mümkün olur.

Layihənin son halı 6 ay ərzində təslim ediləcək və polislərin istifadəsinə veriləcək. Layihənin təkminləşdirilməsi üstündə işlər davam etdirilir.

Layihə uğurlu olarsa gələcəkdə məhkəmələrdə də istifadəsi istisna olunmur. Belə ki, virtual reallıqdan istifadə edərək hadisələri daha aydın şəkildə təsvir etmək mümkün olacaq.