main-post-cover

    PornHub-da sonsuz sayda video izləyən süni zəka yaradılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Proqramçı və ixtiraçı Brian Moore, süni zəka əsasında yeni bot yaradıb.

    Həmin bot, Computer Vision özəlliyindən istifadə edərək PornHub saytında sonsuz sayda porno videolar izləmək üçün nəzərdə tutulub. "Technote.az"ın "The Next Web"ə istinadən verdiyi xəbərə əsasən Moore öz ixtirasını "Stupid Shit No One Needs & Terrible Ideas Hackhathontədbirində təqdim edib. Qeyd etmək lazımdır ki, bu tədbir, proqramçılar və ixtiraçılar tərəfindən lazım olmayan texnologiyaların hazırlanması üçün nəzərə tutulub. Bot, "Microsoft”a məxsus, Computer Vision özəlliyindən istifadə edir və porno videolara baxaraq videolarda baş verənləri anbaan yazılı formada nəql edir. Süni zəka indiyənə kimi pornoqrafik materiallara rast gəlmədiyi üçün onun təqdim etdiyi yazılı nəqldəki aktyorların hərəkətləri, reallıqda baş verən ilə üst-üstə düşmür. Moore həmçinin yaratdığı bot üçün Twitter hesab da açıb. Orda o, süni zəka tərəfindən baxılmış videoların nəticələrini təqdim edir.
     
    Linki kopyala