main-post-cover

    Pornhub-dan onlayn Tədris mərkəzi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Pornhub, hər gün 70 milyon istifadəçinin daxil olduğu pornoqrafik məlumat və videoların yer aldığı məşhur bir sayt olaraq bilinir.

    Lakin şirkət, əslində hər şeyin bu dərəcədə bəsit olmadığını sübut etməyin niyyətindədir. Mart ayının əvvəlində "Pornhub”un təqdim etdiyi The Pornhub Sexual Wellness Center isə buna sübutdur. Beləki yeni yaradılmış bu mərkəz, istifadəçilər üçün təhlükəsiz cinsi əlaqə, münasibətlər, cinsi yolla ötürülən xəstəliklər və s. kimi məsələlərdə köməkçi olacaq tədris materialları ilə zəngindir.

    Hazırda saytda, "Yoga cinsi həyatınıza kömək edə bilərmi?” və "Cinsi asılılıq deyə bir şey varmı?” kimi blog yazıları yerləşdirilib. Gələcək həftələrdə daha intensiv və faydalı məlumatların yer alacağını düşündüyümüz bu saytın əslində çox da mənasız olmadığını, əksinə gənc nəslin cinsi həyatında bilməli olduqlarını əks etdirən virtual akademiya olduğunu deyə bilərik.
    Pornhub-un Vitse Prezidenti Corey Price isə bu məsələyə belə açıqlama gətirdi: "Bizim məqsədimiz istifadəçilərimizin saytdakı faydalı məlumatlardan bir şeylər öyrənməsinə və onların gələcək (cari) cinsi həyatlarında daha təcrübəli hala gəlmələrinə şərait yaratmaqdır”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər