main-post-cover

    Powerbank partladı, Türkiyəli gənc ölümdən döndü

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Partlayan telefonlar və batareyalardan sonra indi də partlayan "powerbank” hadisəsi gündəmə gəldi. Türkiyə "Uşak”da baş verən hadisədə ucuz olduğu üçün alınan powerbank partladı.

    "Ucuz ətin şorbası olmaz” sözü ilə xəbərə başlasaq heç də səhv etmiş olmarıq. Türkiyə "Uşak”da baş verən hadisədə bu sözün nə qədər doğru olduğunu sübut edir. 

    "Uşak”da baş verən powerbank partlayışı ağıllara ucuz "powerbank” seçiminin nə qədər doğru olub olmadığını gətirdi.Ethem Akgün adlı Türkiyə vətəndaşı qısa zaman əvvəl satın aldığı powerbank cihazını şarj etmək üçün evinə aparıb. "Powerbank” şarja taxıldıqdan 5 saniyə sonra partlayaraq havaya uçub və bunun nəticəsində Ethem Akgün, parçalanan cihazdan bədənin kritik nahiyələrinə çox sayda ağır xəsarət aldığıdan dərhal əməliyyata girməli olub.

    Partlayışın şiddəti ilə parçalanan powerbank, Ethem Akgün-ün ürək nahiyəsinə və bədənin fərqli yerlərinə xəsarət almasına səbəb olub. Ağır şəkildə yaralanan Türkiyə vətandaşı Akgün, "Uşak Dövlət Xəstəxanasın”da 3 gün reanimasyada yatıb.
    Ürək nahiyəsinə batan 3 mm ölçüsün-də metal parçası, "Uşak Dövlət Xəstəxanasın”da Ürək Damar Cərrahiyə şöbəsi həkimi olan Murat Yanar tərəfindən açıq ürək əməliyyatı ilə çıxarılıb.
    Ön ürək qəfəsindəki metal parçanın çıxarılmasının ardından bir müddət daha reanimasyada qalan Ethem Akgü-nün bədənində hələ də partlayan "powerbank”a aid parçalar olduğu bildirilib.
    Ethem Akgün qiyməti 35 TL olan Çin istehsalı powerbank satın aldığını və şarja taxdığı anda böyük partlayış olduğunu və otaqda-kı 1 yaşlı uşağının hec bir xəsarət almadan xilas olmasına bəxtinin gətirdiyini söyləyib.
    Linki kopyala