Prezident sərəncam verdi: Yeni Sənaye Parkı Yaradılsın!

1069

Azərbaycanda sənayenin və iqtisadiyyatın inkişafına təkan verəcək yeni sənaye parkının yaradılmasına qərar verilib

Azərbaycan Respublikasının Konstitusiyasının109-cu maddəsinin 32-ci bəndini əsas tutaraq qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlığın inkişafı, o cümlədən rəqabətədavamlı və innovativ sənaye sahələrinin yaradılması, əczaçılıq sahəsinin inkişafı, bu məhsulların idxalının azaldılması, əhalinin dərman vasitələrinə tələbatın ödənilməsi üçün Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkının yaradılması barədə sərəncam imzalanıb. Bu sənaye parkının yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 4,0 (dörd) milyon manat vəsait ayrılıb. Daha ətraflı buradan ala bilərsiniz.