Prisma effektləri Facebook Live-a gəldi

223

Prisma-nın məşhur rəsm filtrləri Facebook Live-a əlavə olunub.

Facebook Live funksiyasında yenilənmişPrisma 2.8 tətbiqinin 8 filtrini istifadə etmək olar. Hələki sözügedən funksiya iPhone 7iPhone 6s smartfonlarında çalışan Prisma istifadəçiləri üçün aktivdir. Yaxın zamanda bu funksiyanın bütün iOS cihazlarındə və Androidplatformasında dəstəklənəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Prisma son zamanların ən məşhur tətbiqlərindən biri hesab olunur. İstənilən fotonu rəsm tərzində şah əsərə çevirən tətbiq bir çoxlarının rəğbətini qazanmışdır. Həmçinin tətbiqin filtrlərindən Telegram messencerindədə istifadə etmək mümkündür. Keçən ay isə tətbiqə videoların redaktə olunması funksiyası əlavə olundu.