Prisma yeniləndi. Şəkillərinizi daha çox insan görə biləcək

114

Qeyri-adi filtrlərlə qarşımıza çıxan Prisma tətbiqi də digər tətbiqlərdən geri qalmayıb, yeniləndi.

iOS və Android platformalarında ən çox istifadə olunan foto tərtibat tətbiqi arasında yer alan Prismaya yeniliklər əlavə olundu. Bildiyiniz kimi Prisma ilə fotonu tənzimlədiyiniz zaman fotolar tətbiq tərəfindən 4:4 ölçüsündə yəni kvadrat formatında yayımlanırdı. Bu isə öz növbəsində fotoların keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.


Prismanın sonuncu yenilənməsindən sonra bu problem öz həllini tapıb. Prisma istifadəçiləri artıq fotolarını kvadrat şəklində kəsmək məcburiyyətində deyillər. Artıq fotolarınızda rahatlıqla filtr istifadə edə bilərsiniz. Bundan əlavə sizə yaxın ərazidə olan insanlarla rəsimlərinizi paylaşa biləcəksiniz.

Fotonuz nə qədər çox bəyənilsə, o qədər çox insana çatacaq. Bu isə sizin daha çox insana fotonu nümayiş etdirməyinizə şərait yaradacaq. Bu yeniliklə Prisma-nın Instagram-a rəqib olacağını deyə bilərik.

Prisma-nın bu yeniliyindən istifadə etmək istəyənlər tətbiqi yeniləməlidirlər.