main-post-cover

    Prismanın Effektləri Facebook-a Gəlir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Digər bütün sosial media platformalarındaki işinə yarayan xüsusiyyətləri özü üçün hazırlatdıran Facebook, son vaxtların məşhur tətbiqi Prismaya da göz dikib.

    Hər nə qədər yeni startaplar fərqli yeniliklər ilə meydana çıxıb gəlsələr də, böyük firmalar ya bu kiçik startapları satın alaraq ya da eyni yenilikləri özündə hazırlayaraq güclənməyə davam edirlər. Bunun texnologiya və sosial media sahəsindəki versiyası olan Facebook isə həm öz platforması, həm Messenger, həm WhatsApp və həm də Instagram kimi tərkibindəki tətbiqlərə ətrafda hansı yeni tətbiq xüsusiyyətləri məşhurdursa, alaraq və ya "oğurlayaraq” özünə əlavə edərək yoluna davam edir.
    Bu nöqtədə isə yeni işlər görən firma, son vaxtların ən məşhur tətbiqlərindən olan Prismadakı xüsusi effektləri öz tətbiqinə gətirir. Video çəkimi, canlı yayım və bir çox yerə gətirəcəyi danışılan Prisma effektlərini böyük ehtimalla Instagrama da filtr olaraq əlavə edəcək olan Facebook, beləcə bütün gözəl xüsusiyyətləri özündə toplayaraq güclənməyə davam edəcək.
    Rəsm əsərləri effektləri olaraq keçəcək olan bu Prisma bənzəri effektlər ilə fərqli canlı yayımlar çəkə biləcəyinizi bildirən Facebookun bu xüsusiyyəti nə vaxt təqdim edəcəyi isə hələki bilinmir.
    Prisma ilə hazırlanmış video necə göründüyü ilə maraqlananlar üçün aşağıda bir nümunə əlavə edirik:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər