Prismaya video tərtibat xüsusiyyəti əlavə olundu

165

Prisma video tərtibat xüsusiyyəti yayımlandı.

Son zamanlarda ən çox istifadə olunan populyar foto tənzimləmə tətbiqi Prisma, əvvəl verdiyi açıqlamalarda video tərtibat xüsusiyyətini də tezliklə öz funksiyalarına daxil edəcəyini bildirmişdi. Sonunda verilən vəd yerinə yetirildi və ilk olaraq iOS-un beta istifadəçiləriüçün tətbiq təqdim olundu.

Yenilənməylə birlikdə təqdim olunan Prisma-dakı bədii filtrlər çəkilən qısa müddətli videolara da tətbiq olunduqda çox xoş görüntü ortaya çıxarmaqla bərabər, bədii bir əsər görüntüsü bəxş edir. Bundan əlavə Prisma-da videoların müddəti maksimum 15 saniyə təşkil edir. Bu müddət bir qədər qısa ola bilər, amma təbii görüntü üzərində işləməyin müəyyən vaxt aparmasını nəzərə alsaq 15 saniyə bu videolar üçün normal göstərici hesab oluna bilər. Bundan əlavə qısa zamanda çox yaradıcı videolar ortaya çıxara bilərsiniz.


Bu ay sonunadək iOS əməliyyat sistemi ilə işləyən cihazlar üçün də bu funksiyanın yayımlanacağı deyilən Prisma yeniliyi iOS cihaza sahib istifadəçilərin videolarında da Prizma effekti istifadə edə biləcəyi bildirilir. Prizma nümayəndələri hələ ki, video tərtibat xüsusiyyətini təəssüf ki, Android platformasına gətirmək niyyətində deyillər. Tətbiqi iOS istifadəçiləri burdan yükləyə bilər.