main-post-cover

    Problemləri həll etmək mövzusunda “Google”dan öyrənə biləcəyimiz 4 şey

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Google” hər zaman iş mühiti və ofis mədəniyyəti ilə irəli çıxarılan, nümunə göstərilən bir şirkətdir. Əslində bunların xaricində "problem həll etmək” istedadı da mövcud olan bir şirkət olduğunu qeyd edə bilərik.

    Harvard Business Review-da bir məqalədə bu mövzu barədə Larry Page-in Adwords reklamları ilə bağlı 2002-ci ildə yeməkxanada yerləşən bannerə asdığı yazı nümunə göstərilir. AdWords-ün dizaynını bəyənməyən Larry Page  "bu reklamlar bərbaddır” yazısını böyük bir vərəqə çap edərək hərkəsin görəcəyi  reklam lövhəsinə asır. Problem həll etməkdə "Google”un istifadə etdiyi bu metodda detallar isə aşağıdakı kimidir:

    1. İnsanlar yaxşı işlər görmək istəyərlər

    Larry Page, işçilərin motivasiyasını qırmaq hətta alçaltmaq istəsə onlara gedib qışqıra/hirslənə bilərdi, təhdid edib həftəsonu günlərlə işlədə bilərdi lakin bunu etmək yerinə daha insani bir davranış ilə reklam komandasına həll edə biləcəyi daha doğrusu həll etməli olduğu bir "problem” verdi. Nəticə olaraq problem çox yaxşı bir şəkildə həll edildi.

    2. Given enough eyeballs, all bugs are shallow ( Kifayət qədər gözbəbəyi varsa, bütün səhvlər daha kiçik görünür)

    Page, sadəcə komandası ilə bu mövzunu danışaraq da problemi həll edə bilərdi lakin yeməkxana "Google”dakı çoxlu göz deməkdir. Öz işçilərini yaxşı tanıyan Page, hərkəsin görə biləcəyi şəkildə problemi ortaya çıxardığında həllin çox daha sürətli və yaxşı olacağını bilirdi.

    3. İnsanlar, onların marağını çəkən işlərdə daha yaxşı performans göstərirlər.

    Page-in bundan əvvəlki anlayışını dəstəkləyəcək şəkildə problemi orda hərkəsin içində ortaya çıxarmasının bir digər səbəbi də komandadan olmadığı halda həqiqətən maraqlı olan şəxslərdən daha yaxşı təkliflərin ortaya çıxa biləcəyini bilməsidir. Əgər bir mövzu bir işçinin marağını cəlb edərsə çox daha uğurlu performans sərgiləyəcəyi şübhəsizdir.

    4. Böyük liderlər işçilərinə məqsəd və hədəf hissini verə biləndir.

    İşçilərinizi tanıyın, nə qədər istedadlı olduqları vacibdir amma o şişirdiləcək qədər də mütləq deyil, həqiqətən hədəf məqsəd üzrə yönləndirilməyiblərsə o zaman istedadları çox da təsirli olmayacaq.
    Şirkətinizdə bir ofis mədəniyyəti yaratdığınız zaman işçilərinizə necə davranmalı olduğunuz və onların buna necə reaksiyalar verəcəyini də bilərsiniz. Bu səbəbdən də işçilərinizi tanıyın və problemləri daha yaxşı həll etmək üçün bir şirkət mədəniyyəti yaratdığınızdan əmin olun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər