Problemli iPhone 6s telefonlarının batareyaları dəyişdiriləcək

198

"Apple” şirkəti də bir çox tanınmış texnologiya şirkətləri kimi müştəri məmnuniyyətinə hər zaman xüsusi diqqət yetirməkdədir. Belə ki, şirkət problemli iPhone 6s batareyalarını dəyişdirəcəyini açıqlayıb.

Xatırladaq ki, bir müddət əvvəl şirkət, ekranında problemlər olan iPhone 6 Plus modeli ilə əlaqədar təmir proqramına start vermişdi. indi isə artıq şirkət digər model, iPhone 6s üçün yeni təmir proqramı elan edib.


Beləki, bir müddət əvvəl bəzi iPhone 6s istifadəçiləri telefonun batareyasında olan problemdən dolayı anidən söndüyünü bildirmişdilər. Bunu nəzərə alan "Apple" pulsuz batareya dəyişimi proqramına start verib. Şirkətin verdiyi məlumata görə bəhs edilən proqram təhlükəsizliklə bağlı olmayıb.

Bundan əlavə əgər sizin cihazınızda batareyadan əlavə problemlər varsa, onda ilk əvvəl onları aradan qaldırmalısınız. Çünki yalnız belə olan halda şirkət sizin batareya probleminizi aradan qaldırıla bilər.