main-post-cover

    Proqramçıları təəcübləndirən kitab: UBUNTU

    Digər
    07.05.2017
    Farid Pardashunas

    UBUNTU kitabı, kompyuter mühəndislərini ən çox çaşdıran və qadınları ən çox sevindirən kitab oldu.

    Eyni zamanda unix/linux ailəsindən olan bir əməliyyat sisteminə adını verən UBUNTU sözünün kökü, Cənubi Afrikada yaşayan qəbilələrdən gəlir. UBUNTU, insanların bir-birinə qarşı mehriban və humanist ola bilməsi deməkdir. Çap ediləcək kitabın müəllifi KVOTTER ideyasından tanıdığımız və daha öncə KVAN əsərini yazmış Coşqun Kərimovdur. 
    Coşqun bu kitabı ilk növbədə anasına, həyat yoldaşına və qızına hədiyyə edir. Kitabın ana mesajı qadınların təhsilinə və təşəbbüskarlıq fəaliyyətinə daha yaxşı şərait yaratmağa səsləyir.


    Kitabı oxuyarkən az yaşında oğlan uşaqlarının başında qadın obrazlarının necə yaranması və bu obrazların gələcəkdə olan qadın-kişi münasibətlərinə təsirini görəcəksiniz. Müəllifin 500 ədədlik tirajında oxucuları üçün xüsusi bir hədiyyə var. Onun məktublar kolleksiyasından bir qismini məhz bu hədiyyəlik tirajda oxucuları ilə paylaşır. Ubuntu prinsipinə əsasən paylaşmağın vacib olduğunu vurğulayır. Kitabı oxuyarkən bir kişinin etiraflarını bilmiş olacaqsınız. 

    Hal-hazırda UBUNTU kitabının çapına dəstək olarkən siz kitabın birini özünüzə birini isə Gələcəyini Qur Layihəsində olan gənc istedadlardan birinə bağışlamış olursunuz. Müəllif bununla ölkəmizdə yaşayan az təminatlı ailələrin uşaqlarının təhsilinin nə qədər vacib olmasına fokusumuzu yönəltmək istəyir. 

    UBUNTU kitabını sifariş etmək üçün müəllifin facebook profilindən əlaqə saxlaya bilərsiniz. 
    Pulsuz olaraq Kitabın 2 fəslini yükləmək üçün bu linkə daxil ola bilərsiniz. Ətraflı məlumat üçün kitabın rəsmi saytına daxil ola bilərsiniz.

    MilliÖn və Emanat üzərindən minimum 20 AZN ödəniş edərək bu kampaniyaya qoşula bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər