Proqramçıların maaşları ölkələrə görə necə dəyişir?

1585

Əgər bir proqramçısınızsa və bir çoxları kimi siz də San Fransisco-da bir həyatı n xəyalını qurursunuzsa, reallıq xəyalınızdakı qədər "möhtəşəm” olmaya bilər.

Hired imzalı Texnologiya Maaşlarının Qlobal Vəziyyəti tədqiqatının 2017 nəticələri, Silikon Vadisində işlərin proqramçılar üçün getdikcə çətinləşdiyini ortaya qoyur. Hesabat, San Fransisco xaricində dünyanın bütün texnologiya mərkəzlərində işləmək üçün isə düzgün zamanın olduğunu deyir.


5 min şirkətə aid, 45 min namizədlə edilən 280 min iş görüşməsi tələbini əsas götürən tədqiqat, ABŞ-ın fərqli şəhərləri ilə birlikdə, İngiltərə, Fransa və Avstraliyanı da əhatə edir. Tədqiqatın 2017 nəticələrinə görə proqramçı mühəndislərin dünyada ən çox qazandığı bölgə ildə 134 min dollar maaş ortalaması ilə San Fransiscodur. Onu 126 min dollar ilə Seattle izləyir. New York 120 min dollar ortalama maaş ilə diqqət çəkərkən, ABŞ-da ən az maaş 110 min dollarla Austindədir. Kanada üçün bu ortalama Torontoda illik 74 min dollara düşür. Melbourne, Avstraliya üçün bu ortalama, illik 83 min dollardır.

San Fransisconun ən çox qazandıran şəhər olması, proqramçılar üçün cazibədar bir şəhər olmasına köməkçi olur ancaq bölgədə yaşamaq üçün xərclərin çox yüksək olduğu səbəbindən proqramçılar üçün xərclənə biləcək maaşlar bir xeyli azalır. Məsələn Austində 110 min dollar qazanmaq, San Fransiscoda 198 min dollar qazanmaq deməkdir. Eynilə Melbournedakı maaşınızı San Fransiscoda qazanmaq istəyirsinizsə 158 min dollarlıq bir razılaşma ilə işləməli olacaqsınız.


ABŞ xaricindəki texnologiya mərkəzlərindən Londonda illik 73 min dollar qazanan proqramçılar, Parisdə 55 min dollar, Sinqapurda 61 min dollar qazanır.

Şəhərlərdə yerli işçilər və xaricdən gələcək proqramçılara təklif edilən ortalama maaşlar belədir:


Namizədlərin iş müraciətlərində maaş tələblərini də analiz edən tədqiqatlar, qaradərililər və Latın və Asiya irqlərinə məxsus azlıqların maaş tələblərinin Ağdərililərə nisbətən daha az olduğuna diqqət çəkir. Tədqiqata görə firmalar qaradərili işçiləri işə almağa daha üstünlük verirlər ancaq digər irqlərə məxsus insanlar üçün bu belə deyil.