Proqramlaşdırma və dizayn bilən eləcə də burnundan od püskürən Marketoloqlar üçün Sürücü vakansiyası
Digər
07.05.2017
Brilyant Rasulova
Bəli, bəli! Ağzından od püskürə bilən, kərtənkələ kimi
regenerasiya edə bilən, ingilis dilində mahnı oxuyub, benqal dilində anlayıb
amma danışa bilməyən, 230 kitab yazmış, 18-20 yaşında olub böyük şirkətlərdə minimum
8 il iş təcrübəsinə malik olan, facebookda marketinq qruplarında aktiv olub,
0.003 saniyədə like edən insanlar üçün vakansiyamız var!
Qəribə gəldi? Hələ bu nədir ki? Siz deyəsən o böyük iş
elanları saytlarındakı o böyük şirkətlərin vakansiyalarını görməmisiniz.
Burnundan od püskürə-püskürə 0.003 saniyəyə 230 kitab yazdıran şirkətlərdən söz
edirəm sizə. Sonra da "Qardaş, bura Azərbaycandır” deyib, başqa vakansiyalara
baxmağa davam edirsiniz.
Səhv sizdə deyil təbii ki, səhv o vakansiyanı hazırlayan
şirkətin məsul işçisindədir. Və əgər sən bunu oxuyursansa hörmətli o həmin məsul
şəxs, aşağıda sənin üçün də bir neçə kiçik məsləhətim var.
Uçan-qaçan, atlanıb-düşən, suda üzən, quruda gəzən işçi
tapmaq istəyə bilərsiniz amma bu işçi, sirkə falan işə düzəlib, sizin qeyd
etdiyiniz vəzifə öhdəlikləri ilə şoular göstərərək külli miqdarda pul əldə edə
biləcəkkən, sizin şirkətdə neyləsin? Cavabını
əlbəttə bilirsən, elə indi o vakansiyanı silmək üçün həmin iş elanları saytına
daxil olmaq üzərəsən. Ya da deyilsən, çünki rəhbərlik o öhdəlikləri tələb edir,
çünki rəhbərliyə keyfiyyətli işçidən əlavə ara bir şou göstərəcək pəhlivanlar
da lazımdır.
Bəs şirkətinizi qınaq obyektinə çevirməmək üçün vakansiya
elan edərkən nələrə diqqət etməlisiniz?
Təbii ki, iş tapmaq qədər işçi tapmağın da nə qədər çətin
olduğunu bilirik. Bəs vakansiya elan etdiyiniz işə uyğun yox tamamilə absurd
xüsusiyyətlər tələb edərkən nə düşünürsünüz, keyfiyyətli karyera imkanı olan şəxs
bu absurd vakansiyanızı görsə sizcə cv göndərəcəkmi?
İşverən olaraq cv-lərdən yola çıxaraq işə aldığınız,
yuxarıda qeyd etdiyim absurd şərtlərinizə uyğun gəldiyini sandığınız işçilər
gözlənilən performansı göstərmədikdə və məhsuldarlıq mövzusunda kifayət etmədikdə
çox gec ola bilir və siz də işçilərinizi bir neçə ay işlətdikdən sonra işdən
çıxaran zalım işverən damğası almış olursunuz.
Əgər bu mövzuda daha yaxşı seçimlər edərək, iş elanları
vasitəsilə uzun illər birlikdə işləyə biləcəyiniz şəxslərlə tanış olmaq istəyirsinizsə,
elanda yer alan işə uyğun vəzifə öhdəliklərini daha detallı şəkildə təyin edə
bilərsiniz.
İş elanlarında qısa və sadə vəzifə öhdəlikləri seçilməsi
də səhvdir. Belə olduqda bu bir neçə şərtə ayaq uydura biləcəyini düşünən şəxslər
də müraciət etmiş olur və siz də lakin
sonradan dediyim kimi çox gec olur. Bəs
hər iki haldan xilas olmaq üçün vakansiya açmazdan əvvəl nələrə diqqət etməlisiniz?
1. İnkişafa özünüzdən başlayın
İş elanı verməzdən əvvəl, müvafiq vəzifəyə uyğun gözləntilərinizi
dəqiq olaraq təyin edin. Beləcə iş elanında yer alan vəzifə öhdəliklərini daha
dəqiq ifadə edə bilər, vəzifəyə uyğun olmayanların müraciət etmələrinə mane ola
bilərsiniz.
2. Nə istədiyinizi və kimdən istədiyinizi bilin
Əgər bir iş üçün işçiyə ehtiyacınız varsa nəyə görə əjdaha
axtarasınız ki? Yox əjdaha axtarırsınızsa bu əjdahanın ingiliscə Obama kimi
danışıb-danışmaması nə üçün sizə bu qədər önəmlidir? Yox əgər həm ingiliscə
danışıb, həm də əjdaha olması mütləq olan bu işçinin xarici görünüşü və daima
mini yubka geyinməsini sizin üçün mütləq edən nədir? Deyəcəyim odur ki, uyğun
gördüyünüz vəzifənin sırf o vəzifəyə uyğun olan detallarını qabardın. Sizin göz
zövqünüz və ya imiciniz üçün önəmli olanları yox. Və işçinin keçmiş təcrübələrini
önəmsəyin. Bəlkə də içində əjdaha potensialı olan biri hələ də kəşf edilməyib.
Bunu kəşf etməyin sizin şirkətiniz üçün çox böyük bir imic qazandıracağına əmin
ola bilərsiniz.
3. Proqnozlarınızı inkişaf etdirin
Sosial həyatınızı gücləndirərək proqnozlarınızı inkişaf
etdirə bilər, qarşılaşdığınız namizədləri dəyərləndirərkən zaman qazana bilərsiniz.
Namizədlərlə keçirdiyiniz müsahibələrdə doğru şəxsi tapmaq üçün sosial cəhətlərinizin
qüvvətli olması mühümdür. Buna əlavə olaraq, performanslara əsaslanan müsahibələr
keçirməyiniz də proqnozlarınıza dəstək olmaq baxımından vacibdir. Beləliklə, dəyərləndirmələrinizi
namizədlərin istehsalına və bu istehsalı reallaşdırmaq sürətinə görə etməyinizdə
fayda var.
4. Namizədlər üçün güclü bir alternativ halına gəlin
Performansı yüksək, keyfiyyətli bir işçi əldə edə bilmək
üçün sizin də güclü bir iş alternativi nümayiş etdirməyiniz lazımdır. Bir işçinin
karyerasını yüksəldə biləcəyi və özünü göstərə biləcəyi bir iş imkanı təklif
etdiyiniz zaman daha üstün namizədlər sizi seçməyə başlaya bilərlər. Nəticə
olaraq, əgər həqiqətən yaxşı bir işçi axtarırsınızsa, namizədlərə həqiqətən
yaxşı fürsətlər və önü açıq bir vəzifə təklif etməlisiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Superkompüter bəşəriyyətin nə vaxt yox olacağını proqnozlaşdırıb!