Prosessor istehsalçısı Qualcomm , qaydaları pozduğuna görə külli miqdarda cərimə olundu

08.05.2017 0 PAYLAŞIM 5381 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Koreyanın ədalətli ticarət üzrə komissiyası, "Qualcomm” şirkətini rekord məbləğdə cərimə edib.

Bunun isə əsas səbəbi, şirkətin, Cənubi Koreya qanunvericiliyinin antimonopoliya qaydalarını pozmasıdır. Nəticədə şirkət 854 milyon dollar məbləğində cəzalandırılıb. Komissiya belə bir nəticəyə gəlib ki, "Qualcomm”, bazarda öz lider mövqeyindən istifadə edərək smartfon istehsalçılarını, modemlərin mikrosexlərinin alışı zamanı geniş patentlər komplektinə görə yüksək miqdarda vəsait ödəmələrini tələb edib. İstintaq 2014-cü ildən aparılıb. Bundan əlavə olaraq şirkəti həmçinin öz rəqiblərinə (Intel, SamsungMediaTek kimi şirkətlər), patent standartlarına uyğun olan lisenziyalaşdırmalardan imtinaya görə ittiham ediblər. Yüksək məbləğdə cərimə hələ son deyil. Belə ki, şirkət bundan sonra lisenziya verilməsinin ədalətli səviyyədə keçirilməsini və bir çox şirkətlərə mikrosxem ixracı üzrə müqavilələrin yenidən bağlanmasını təmin etməldiir. "Qualcomm” isə komissiyanın qərarı ilə razı deyil. Şirkət nümayəndələri bildiriblər ki, onlar digər yekun nəticələrin təqdim ediləcəyini gözləyəcəklər və sonra işi apellyasiya məhkəməsinə təqdim edəcəklər.