PS4 son yeniləmə ilə yeni qabiliyyətlərə qovuşur

214

"Sony", PS4-dəki media playerin yeni versiyasını yükləməyə təqdim etdi. Media oynadıcısı üçün təqdim olunan son yenilənmə PS4'ə 360 dərəcə video dəstəyini gətirir. İstifadəçilər bu xüsusiyyət sayəsində PlayStation VR üzərindən 360 dərəcə videolar izləyə biləcəklər.


MKV, AVI, MP4, MPEG2 PS, MPEG2 TS, AVCHD video və ya JPEG, BMP, PNG şəkil formatlarında olan 360 dərəcəlik görüntülərə dəstək verilir. PS4-də 360 dərəcəlik videolar izlənilə bilməsi üçün görüntülərin 360 dərəcəlik çox yönlü kameralarla yazılması mütləqdir. Media oynadıcısına gələn bu yeniləmə eyni zamanda FLAC dəstəyini də istifadəçilərə təqdim edir. PS4 istifadəçiləri bu dəstək sayəsində daha çox keyfiyyətli musiqilər dinləyə biləcəklər.

 

 
   Polad Tağıoğlu
   Redaktor