main-post-cover

    PS4-ün təhlükəsizlik sistemi sındırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Müasir oyun konsolları özlərinin keçilməz təhlükəsizlik sistemləri ilə məşhurdurlar.

    PlayStation 4-ün satışa çıxmasından demək olar ki, 3 il keçib. Lakin indiyənə kimi internetdə pirat oyunların PS4-də oynamaq imkanını yaradan işlək bir sxem aşkar edilməyib. Çox güman ki, yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Çinin "ChaitinTech” adlı şirkəti, PS4 sisteminin təhlükəsizlik sərhədini keçdiyini bildirib. Bu sözlərə sübut olaraq şirkət YouTube-a xüsusi video yerləşdirib. Həmin videoda 4.01 yenilənməsinə sahib PS4-də pirat oyunun necə işə düşdüyü əks olunub. "Technote.az” "Wololo.net”ə istinadən verdiyi xəbərə əsasən oyun olaraq çinlilər Super Mario Bros.-u seçiblər. Qeyd etmək lazımdır ki, PS4 sisteminin həqiqətən də sındırıldığı haqqında hələki təsdiqlənmiş məlumat yoxdur. "Sony” özü bu məsələyə fikir bildirməyib. Məlumata əsasən şirkət artıq PS4 sistemindəki bu boşluğu aradan qaldırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər