main-post-cover

    PSP oyunlarını iPhone-da jailbreaksız oynamağın yolu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhoneiPad üçün PSP konsolunun emulyatorunun yeni versiyası çıxıb. PPSSPP tətbiqinin əsas özəlliyi, jailbreaksiz cihazlara yüklənməni və iOS 10 əməliyyat sistemi ilə tam uyğunlaşmanı təmin etməkdir. Tətbiqin yaradıcıları, PSP oyunlarının iOS cihazlarında yüksək optimizasiyasına nail olublar. PPSSPP, PSP oyunlarının iPhone və iPad-də problemsiz işə salınmasını təmin edir. Bundan əlavə olaraq tətbiq heç bir plugini tələb etmir.
    PSP emulyatorunu iOS 10-a jailbreaksız yükləməyin üsulu:
    Addım 1. PSP emulyatorunu iOS 10-a yükləmək üçün ilk öncə lazımi IPA faylını yükləmək lazımdır. Həmin faylı bu linkdən yükləyə bilərsiniz.
    Addım 2. Bu mərhələdə PPSSPP adlı IPA faylını smartfona yükləmək lazımdır. Kənar tətbiqi jailbraksiz iPhone və iPad-ə yükləməyin iki üsulu var.
    Birinci üsul rəsmidir və Xcode tətbiqi vasitəsilə edilir.
    İkinci üsul isə Cydia İmpacter tətbiqi vasitəsilə həyata keçirilir.
    Addım 3. PPSSPP tətbiqini bu iki üsuldan biri ilə smartfona yüklədikdən sonra cihazınızın ekranında PPSSPP tətbiqinin işarəsi əks olunacaq. Bu zaman Settings -> General -> Profile bölməsinə daxil olun. Daha sonra PPSSPP yaradıcısının adını tapın və onun sertifikatını seçərək iki dəfə "Trust” düyməsini klikləyin.
    Bundan sonra siz problemsiz PSP emulyatorundan öz iPhone və iPad cihazınızda istifadə edə bilərsiniz. Tətbiqə oyun əlavə etmək üçün PSP oyununun ISO və ya CSO formatlı versiyasını tapın və iPhone/iPad-ı kompüterə qoşun. iTunes vasitəsilə isə (Programs bölməsindən) oyunu emulyatora yükləyin.

    Linki kopyala