main-post-cover

    Pulsuz iPhone 7 üçün adını dəyişdirdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Keçdiyimiz günlərdə sizlərlə paylaşdığımız bir xəbərdə Ukraynalı bir şirkətin demək olar ki, pulsuz iPhone 7 verəcəyindən danışmışdıq. Beləki şirkət, adını iPhone 7 edən vətəndaşlara pulsuz iPhone 7 verəcəkdi.

    Üstündən çox vaxt keçmədən bununla bağlı bir xəbər daha aldıq və aldığımız xəbərə görə adını iPhone 7 edib smartfonu qazanan şəxs açıqlanıb.
    20 yaşındakı Aleksandr Turin, adını Ukrayna dilində iPhone 7 (iPhone Sim) edərək pulsuz iPhone 7 qazandı. Cümə günü telefonunu təslim alan iPhone 7, passportu və yeni iPhone 7-si ilə şəkil çəkdirməyi də yaddan çıxartmayıb.
    iPhone 7-nin bacısı Tatyana Panina hadisə ilə bağlı; "İnanılması və qəbul edilməsi çətin bir vəziyyətdir. Dünyadakı hər insan özünü ifadə etmək üçün fərqli bir yol axtarır. Niyə bu cür olmasın ki?" açıqlamasını verib.
    Uşaqlarının özünə iPhone 7 deməyini istəməyən iPhone 7, uşaqları olacağı zaman adını yenidən Aleksandr Turin edəcəyini bildirib.

    Ukraynada iPhone 7 çox bahalıdır

    Ukraynada 850 dollarlıq qiymət etiketinə sahib olan iPhone 7, bir çox ölkədən daha bahalıdır. Yeni adı ilə iPhone 7, telefon qazanmaq üçün sadəcə 2 dollar dövlət rüsumu ödədiyini də qeyd edib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər