main-post-cover

    Qadın, oğurlanan telefonunu Android Cihaz İdarəçisinin köməyilə tapdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çox hallarda itirilən və ya oğurlanan telefonlarla vidalaşmaq məcburiyyətində qalırsınız. Android Cihaz idarəçisi, itirilən və ya oğurlanan cihazınızı tapmağınıza köməklik edən mükəmməl vasitələrdən biridir. Bunu Reddit-də paylaşılan bir hadisə sübuta yetirir.

    Reddit-də yazılmış bir yazıda Android telefona sahib bir qadın, Android Cihaz İdarəçisinin köməyilə itirdiyi telefonunu tapdığını bildirib.
    Nexus 6P telefonuna sahib qadın, avtobusa minərkən telefonu bir oğru tərəfindən oğurlanıb. Telefonda isə qadının hesab məlumatları da daxil olmaqla bir sıra informasiyalar olub. Qadın isə oğrudan daha tədbirli çıxıb və Android Cihaz İdarəçisini istifadə edərək telefonunu tapa bilib.
     
    Xanım stolüstü kompüterinin köməyilə Android Cihaz İdarəçisinə daxil olub və telefonunun ondan sadəcə 20 dəqiqəlik bir uzaqlıqda olduğunu görüb. Daha sonra bir dostu ilə gedərək telefonunu 16 yaşlı oğrudan geri almağı bacarıb. Qadın bu mövzuda Reddit-də məlumat verərkən oğrunun 16 yaşlı qız olduğunu gördükdə təəccübləndiyini və bir qədər bəxtinin gətirdiyini bildirib.
    Android Cihaz İdarəçiniz normal fəaliyyət göstərdiyi müddətcə Android cihazlarınızı tapmağınız daha asan ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər