Qalaktikamız necə məhv olacaq? (VİDEO)

445

Kolumbiya Universitetinin mütəxəssisləri Yer kürəsinin və daha sonra qalaktikamızın necə məhv olacaqları haqqında danışıblar.

Məlum olub ki, kosmik ölçülərə görə Süd Yolu qalaktikamızın həyatına o qədər də çox vaxt qalmayıb. Kainatın başlanğıcını izah edən Böyük Partlayış nəzəriyyəsinin hamı tərəfindən qəbul olunmasına baxmayaraq o, yeganə kosmologiya modeli deyil. Həmin modelə əsasən Böyük Partlayışdan sonra tozlardan və qazlardan ibarət böyük bulud əmələ gəlib. 9 milyard il sonra isə həmin buluddan kainat yaranıb. Yer kürəsi Günəş sistemində, Günəş sistemi isə öz növbəsində kainatın bir hissəsi olan Süd Yolu qalaktikasında yerləşir. Kosmik obyektlər daima hərəkətdə və bir-biriləri ilə qarşılıqlı əlaqədədirlər. Bir neçə onilliklər bundan öncə alimlərə məlum oldu ki, bizim qalaktikamız Andromeda qalaktikasına çox sürətlə hərəkət edir. Onların toqquşması 2.5 milyard ildən sonra baş verəcək. Nəticədə hər iki qalaktika məhv olacaq. NASA-nın fikrincə bu toqquşma aşağıdakı videodakı kimi baş verəcək.

Bir tərəfdən Yer kürəsi sakinləri rahat ola bilərlər. Çünki planetimizdə həyat ondan da qabaq məhv olacaq. Belə ki, alimlərin fikrincə 1 milyard ildən sonra Günəş daha çox istilik ifraz edəcək. Nəticədə Yer kürəsinin bütün su ehtiyyatları quruyacaq. Su ehtiyatının tükənməsi ilə birlikdə bütün canlı orqanizmlər də məhv olacaqlar. Bir neçə müddətdən (uzaq gələcəkdə) sonra Günəş genişlənməyə başlayacaq və həcmcə 100 dəfə daha böyük olacaq. Nəticədə Qırmızı nəhəngə çevrilmiş obyekt, onun yaxınlığında yerləşmiş digər obyektləri udacaq. Son mərhələdə isə ulduz sıxılaraq ağ cırtdan obyektə çevriləcək.