Qara dəliyin fotosunu əldə etməyin maraqlı üsulu tərtib olunub
Digər
07.05.2017
Farid Pardashunas
Massaçusets Texnologiya Institutunun tədqiqatçıları qara dəliyin
fotosunu çəkmək üçün nəzərdə tutulmuş üsul tərtib ediblər. Bunun üçün Yer kürəsindəki
bütün teleskopları işə salmaq lazım gələcək. Bu üsulun məğzi müxtəlif
radioteleskoplardan alınmış məlumatların bir fotoda birləşdirilməsindən ibarətdir.
Bir radioteleskop bu cür işin öhdəsindən gələ bilməz. Belə ki, əks halda
teleskopun diametri 10.000 km olmalı idi (Yer kürəsinin diametri isə 13.000
km-dən bir qədər azdır). İnstitutun aspirantı və sözügedən üsulun müəllifi
Katie Bouman bildirib ki, Yer kürəsinə yaxın olan qara dəlik çox kiçikdir. Onu
görmək Ayın səthində qreypfurtu görmək qədər qəliz məsələdir. Əgər qara dəlik
üzərində Yer kürəsinin müxtəlif nöqtələrində yerləşən radioteleskoplar vasitəsilə
müşahidə aparılsa onda onun tam fotosunu əldə etmək mümkün olacaq.
Radiosiqnallar divardan keçmək qabiliyyətinə sahibdirlər. Bu isə o deməkdir ki,
onlar kosmosdakı tozun arasından keçə biləcəklər. Məhz kosmik toza görə biz
qalaktikamızın mərkəzini müşahidə edə bilmirik. Qeyd edək ki, qara dəlik
qalaktikanın mərkəzində yerləşir. Artıq 6 rəsədxana bu layihədə iştirakını təsdiqləyib.
Müşahidələr 2017-ci ilin yaz fəslində başlayacaq. Belə ki, o dövrdə teleskopların effektiv müşahidələri üçün yaxşı şərait yaranacaq. Qara dəliyin ilk tam
fotosunun gələn il ərzində əldə ediləcəyi güman olunur. Bundan əlavə olaraq əldə
ediləcək foto Eynşteynin nisbilik nəzəriyyəsinin daha bir sübutu olacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!