main-post-cover

    Qarşılayın! Microsoft Surface Pro 4!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dolu dolu keçən Windows 10 tədbirinin bir digər qonağı da Surface Pro 4 oldu. Microsoft’un Windows 10 Pro’lu yeni nəsil planşeti bu dəfə biraz böyüyərək 12.3 inçlik 2736×1824 (267 ppi) displeyli PixelSense ekrana sahib durumdadır. Olduqca incə çərçivələrin də istifadə olunması ilə forma faktoru qorunub. Öncəki nəsilə nisbətən daha incə və yüngül olan planşet 8.4 mm qalınlığında və modelə görə 766-786 gr ağırlığı arasında dəyişir. 6. nəsil Intel Core M3, i5 və ya i7 Skylake prosessor, 4/8/16 GB RAM və 128 GB/256 GB/512 GB/1 TB yaddaş seçimləri ilə istifadəçiyə təqdim olundu.
    Məhsulun yanında 1024 təzyiq nöqtəsi, 1 ilə qədər batareya ömrü, planşetə manyetik bağlantı, arxasında pozan özəllikli və Cortana inteqrasiyalı Surface Pen də yer alıb. Planşetdə 5 MP HD ön kamera və stereo mikrofonlu 1080p HD video çəkim dəstəkli və otofokus özəllikli 8 MP arxa kamera var. Batareya ömrü isə 9 saata qədər video göstərəcək qədər verilir. 
    Type Cover da artıq daha çox inkişaf etdirilib. Şirkət notebook sinfinə məxsus klaviaturanıın təqdim olunduğu məhsulu bu günə qədərki ən incə klaviatura adlandırdı. 40% daha böyük, 5 nöqtədən çox toxunma xüsusiyyətli və yüksək həssaslığı olan şüşə tracpad da yenə diqqətləri çəkir.
    5 fərqli rəng seçimi olan Surface Pro 4, 7 oktyabrdan 899 dollardan başlayan qiymətlərlə önsifarişə qoyulub. Təslimatlar isə 26 Oktyabrdan başlanacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər