Qatilin "iPhone"u rus hackerlər tərəfindən sındırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Türkiyədəki rusiyalı səfir Andrey Karlovu qətlə yetirən şəxsin iPhone cihazı hack edildi.
Rusiya tərəfinin Türkiyəyə göndərdiyi mütəxəssislərdən ibarət qrup, Andrey Karlovu qətlə yetirmiş terrorçunun iPhone cihazını hack etməyi bacarıb.
Türkiyənin hüquq-mühafizə orqanları, cihazı 19 Dekabr tarixində əldə etmişdir. Məlumata
əsasən Türkiyənin hüquq-mühafizə orqanları, Rusiya mütəxəssislərindən iPhone-u
hack etməyi xahiş edib. Rusiya tərəfi isə öz mütəxəssislərini Türkiyəyə,
cihazın kriminalistik araşdırması üçün göndərmişdi. Həmin mütəxəssislərdən ibarət
qrup isə cihazı hack etməyə nail olub.
Daha əvvəlki məlumata görə Türkiyə höküməti,
iPhone-nun hack edilməsi ilə bağlı "Apple” şirkətinə müraciət edib. Lakin şirkət
bu məlumatı təkzib edib. Əldə olunmuş cihaz, iPhone 4s modelidir. Şahidlərin məlumatlarına
əsasən smartfonda terrorçuların işləri haqqında məlumatları üzə çıxaracaq
fayllar mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək