QİÇS-in qanda olub-olmadığını atıq flash kartla yoxlamaq olacaq

72

Alimlər qanda QİÇS virusunu dəqiq təyin edə biləcək flash kart yaradıblar.

Bu flash kartdan hətta ev şəraitində belə istifadə edərək qanda QİÇS virusunun olub-olmadığını öyrənmək olacaq. Cihaz Londonun İmperiya kollecinin alimləri və "DNA Electronics” şirkəti tərəfindən yaradılıb. QİÇS ilə bağlı nəticələri öyrənmək üçün yalnız kiçik qan damcısı lazımdır. Qan damcısını flash karta yerləşdirindən sonra flash kart-ın qoşulu olduğu kompüter və ya hansısa digər cihaza elektrik siqnal ötürülür. Nəticələr onu göstərib ki, flash kart analiz cavabını 30 dəqiqədən sonra və çox dəqiqliklə təqdim edir. Qanda QİÇS ilə bağlı müasir analizlər 3 gün ərzində və yalnız laboratoriya şəraitində keçirilir. Son təcrübədə cihaz 991 növ qanı incələyərək 95% dəqiqliklə nəticələr təqdim etmişdir. Cihazın hər bir qan növünə ayırdığı analiz vaxtı isə 21 dəqiqə olmuşdur. Qan damcısı USB ötürücüsünə daxil olan zaman cihaz, QİÇS-i qanda turşu səviyyəsinin dəyişkənliyi üzərindən təyin edir. Flash kartda olan mobil telefon çipi bu məlumatı elektrosiqnala çevirir və kompüterə ötürür. İndi isə alimlər bu cihazı digər virus növlərinin aşkar edilməsi üçün təkmilləşdirirlər.