Qidaların özəlliyini dəyişə bilən çəngəl ixtira olunub

145

London Universitetinin mütəxəssisləri professor Edrian Çeok-un rəhbərliyi altında qeyri-adi cihaz hazırlayıblar.

Bu cihaz ərzaqların dadını dəyişə bilən bir çəngəldir. Taste Buddy adlı çəngəl zəif elektrik cərəyanı verir. Çəngəl insan orqanizmi üçün tamamilə təhlükəsizdir. Lakin ağızda olan reseptorlar ona qarşı həssasdırlar. Çəngəl qidanı daha şirin və ya daha duzlu edə bilir. Bundan əlavə olaraq mütəxəssislər təyin ediblər ki, ilıq qidalarda şirin dad daha parlaq hiss olunur, nəinki soyuq qidalarda. Buna görə də çəngəl 40 dərəcəyə qədər qıza bilir. "Ağıllı” çəngəlin işlək prototipi Brimingemdə keçirilmiş The Big Bang UK yarmarkasında təqdim olunmuşdur. Mütəxəssisləriin sözlərinə əsasən Taste Buddy-nin yaradılmasında əsas məqsəd qidaların insan üçün daha sağlam olmasıdır.

Cihazdan istifadə edərkən insanlar duz və şəkərdən daha az istifadə edirlər. Bu isə həzm, endokrin və ürək-damar sisteminin işinə müsbət nəticələr verərək çəkinin azalmasına gətirib çıxardır. Çeok etiraf edib ki, çəngəl ilk öncə maraqlı bir təcrübə üçün hazırlanmışdı. Daha sonra o, böyük potensialı olan bir layihəyə çevrildi. Sözügedən texnologiyanı təkcə çəngəldə reallaşdırmaq şərt deyil. Əşyanın formasının heç bir önəmi yoxdur. Gələcəkdə hətta dad dəyişən qaşıqlarınfincanların da hazırlanması planlaşdırılır. Bu texnologiyanın təkmilləşdirilməsi dad dəyişilməsinə daha kəskin təsir etməyə imkan verəcək. Məsələn insanlar tərəvəzlərin dadını şokolada çevirəcəklər.